A
+Hindistanın paytaxtı Yeni Dehlini bir aydan çoxdur ki, qatı duman bürüyüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu həftə havada zəhərli maddələrin konsentrasiyası təxminən 500 AQI vahidi təşkil edib. Bu da “yaxşı” normasından on dəfə çoxdur.
Yerli hakimiyyət məktəblərdə və universitetlərdə dərsləri ləğv edib. Qeyri-vacib yerlərdə tikinti işləri dayandırılıb, ağır yük maşınlarının şəhərə girişi qadağan edilib.
Səhiyyə sahəsində aparılan araşdırmalara görə, paytaxtda pis hava şəraiti şəhər sakinlərinin ömrünü 7 il azaldır. Burada keçirilən bir gün 50 siqaret çəkməyə bərabərdir.
Ötən ay Hindistanın Ali Məhkəməsi təmiz havanın əsas insan hüququ olduğuna qərar verib və ölkənin mərkəzi hökuməti ilə birlikdə regional hakimiyyət orqanlarını şəhərin ağır ekoloji vəziyyətini həll edə bilmədiyi üçün tənqid edib.