A
+"Pitbull" cinsindən olan it dörd yaşlı qızın üzünü dişləyib.
Söz.az Ren Tv-yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Smolensk şəhərində baş verib.
Məlumata görə, uşaq evin yaxınlığında olarkən ailənin saxladığı it qəfildən körpəyə hücum edib.
Zərərçəkmiş üz nahiyəsindən xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Valideynlər barəsində yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə vəzifələri yerinə yetirməmə maddəsi ilə protokol tərtib edilib.