A
+Zəncəfil çox faydalı bitki hesab olunur. Bəs elm bu barədə nə deyir?
Söz.az xəbər verir ki, zəncəfilin tərkibində 400-dən çox üzvi birləşmə var. Bu bitki kalsium, maqnezium, fosfor, B vitaminləri, həmçinin C, E, K və A, amin turşuları və bir çox başqa makro və mikroelementləri özündə birləşdirir.
Zəncəfil öz parlaq, turş dadını iltihab əleyhinə, antitümör, antioksidant və nöroprotektiv təsir göstərən bitki birləşməsi olan gingerola borcludur.
Təəssüf ki, bu o demək deyil ki, zəncəfil çayı xərçəngi müalicə edə bilər.
Uğurlu tədqiqatlara baxmayaraq, hələ də gingerolun insan orqanizminə birbaşa fizioloji təsirini sübut edən kifayət qədər klinik məlumat yoxdur.
Bununla belə, zəncəfilin müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Hətta bəziləri müasir alimlər tərəfindən təsdiq edilib.
Dərman istifadəsinə gəlincə, müasir həkimlər zəncəfilin bütün xəstəliklərin dərmanı olduğunu düşünmürlər. Bununla belə, bitki iltihab əleyhinə, antioksidant və qusma əleyhunə xüsusiyyətləri ilə tanınır.
Zəncəfil sağlam pəhrizin vacib komponentidir. Zəncəfil əsaslı isti içkilər tənəffüs yolları xəstəliklərinin simptomlarını yumşaldır, boğaz ağrısını azaldır. Eyni zamanda piylənmə əleyhinə vasitə kimi də öyrənilir.
Bəzi tədqiqatlar zəncəfilin artrit və digər oynaq xəstəlikləri, diabet, menstrual ağrı üçün müsbət təsirini sübut edib, həmçinin neoplazmaların kompleks müalicəsində və neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında effektivdir.
ABŞ Qida və Dərman İdarəsi (FDA) zəncəfilin istehlak üçün təhlükəsiz olduğunu qəbul edib. Bununla belə, ondan həddindən artıq istifə etmək məsləhət görülmür.
Zəncəfilin, xüsusən də qurudulmuşunun həddindən artıq dozası mədə yanmasına səbəb ola bilər. Digər acı bitkilər və ədviyyatlar (xüsusən də acı bibər) kimi zəncəfil mədə-bağırsaq traktının iltihabi xəstəlikləri, xoralar və qastrit üçün tövsiyə edilmir.
Zəncəfil orqanizmdə qan durulaşdıran dərmanlarla, o cümlədən aspirinlə yaxşı uyğun gəlmir.