A
+Ukrayna prezidenti Vladimir Zelenski Krımın hərbi yolla qaytarılmasından imtina edib.
Söz.az xəbər verir ki, V.Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz on minlərlə insanımızı Krımın qaytarılması naminə ölməyə sərf edə bilmərik. Biz başa düşürük ki, Krımı diplomatik yollarla qaytarmaq olar”, - deyə Ukrayna prezidenti bildirib.