A
+Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya girişi qadağan edilib.
Söz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze bildirib.
Qəbul edilən qanunla internet təhlükəsizliyini tənzimləyən mövcud qanunvericiliyə dəyişiklik edilib. Baş nazir gənc avstraliyalıları inkişaflarının kritik mərhələlərində daha yaxşı müdafiə etməli olduğunu söyləyib.
"Snapchat", "TikTok", "X" və "Instagram" yeni qaydalaradaxil edilib. Eyni zamanda, uşaqlara "Google Classroom", "YouTube", ani mesajlaşma proqramları və onlayn oyunlardan istifadə etməyə icazə veriləcək.
Ölkənin hakimiyyət orqanları texnologiya şirkətlərindən və sosial media sahiblərindən 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yarada bilməməsi üçün tədbirlər görmələrini tələb edəcək.
Qanunun pozulmasına görə ciddi cəzalar nəzərdə tutulub. Rəqəmsal platformaları 49,5 milyon Avstraliya dollarına qədər (32 milyon dollardan çox) cərimə gözləyir.