A
+ABŞ rəhbərliyi Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunun silinməsi üçün hərəkətə keçdiyini açıqlayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, aprel ayında ABŞ Konqresi tərəfindən qəbul edilən maliyyə qanunu çərçivəsində həyata keçiriləcək.
Miller sözügedən addımla bağlı açıqlamasında "Biz qanunda göstərilən addımı ataraq bu krediti sildik" deyib.
Digər tərəfdən Miller ABŞ Konqresinin Bayden administrasiyasının bu addımını əngəlləyə biləcəyinə diqqət çəkib.
Ukraynaya yardımı tənqid etməsi ilə tanınan respublikaçı senator Rand Paulun təqdim etdiyi təklif çərçivəsində bu gün ABŞ Senatının Ukraynanın kredit borclarının bağışlanmasını rədd edən qətnamə ilə bağlı səsverməsi gözlənilir.