Ucuz qiymətə güclü "iPhone" satışa çıxarılır

Ucuz qiymətə güclü "iPhone" satışa çıxarılır

21-11-2024, 09:41
-

A

+

“Apple” gələn il şirkətdə ciddi dəyişikliyə səbəb olacaq yeni “iPhone SE” modelini təqdim hazırlaşır.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni məhsul öz kateqoriyasına görə güclü xüsusiyyətlərə malik olacaq. Bunlar 6,1 düymlük ekran, Apple Intelligence dəstəyi ilə A18 çipi, 48 meqapiksellik əsas kamera və hətta daha bahalı modellərdə olmayan kamera idarəetmə düyməsidir.

Yeni telefonun təkcə 2020-ci ildə satışa buraxılan“iPhone SE”-ləri deyil , həm də iPhone 14-ü əvəz edəcəyi iddia olunur. 

Yeni “iPhone”-un istifadəçilərə uyğun qiymət, təkmilləşdirilmiş batareya, daha sürətli performans və innovativ süni intellekt xüsusiyyətləri təklif edəcək.

Bununla belə, qiymət hələ dəqiqləşdirilməyib. Ehtimal olunur ki, telefon 600 civarında satışa çıxarılacaq.



yuxarı