A
+“COVID-19 çox güman ki, Şimali Karolina Universitetindəki laboratoriyada gizli biosilah proqramının bir hissəsi kimi yaradılıb”.
Söz.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bunu Donlad Trampın ilk prezidentliyi dövründə yüksək vəzifədə çalışan keçmiş məmur Robert Redfild deyib.
R.Redfildin sözlərinə görə, məsələ ilə bağlı Çin də məsuliyyət daşıyır. Söhbət laboratoriya işi və virusun son ştammının yaradılmasından getmir: “Onların məsuliyyəti problemin olduğunu başa düşdükdən sonra beynəlxalq sağlamlıq qaydalarına əməl etməməkdir. İş ondadır ki, onlar Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin əməkdaşlarına 48 saat ərzində gəlib onlara kömək etməyə icazə vermədilər”.
Redfild qeyd edib ki, iddiasını dəstəkləyəcək heç bir ciddi dəlil yoxdur. Bununla belə, o, virusun qlobal pandemiyaya gətirib çıxarmazdan əvvəl biomüdafiə proqramının bir hissəsi kimi hazırlandığını vurğulayıb.
Onun sözlərinə görə, layihəyə yüksək maliyyə xərclənib. Onun sözlərinə görə, vəsait Dövlət Departamenti, Pentaqon, USAİD və ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən ayrılıb.
O, Çapel Hillin virusun yarandığı yer olduğunu ehtimal edib.