A
+Türkiyədə baş məşqçi ilə futbolçu arasında dava olub.
Söz.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.
"Talas Denizspor"un soyunub-geyinmə otağında baş məşqçi Deniz Niğdelioğlu futbolçunu söyərək onu vurub.
Hadisə ilə bağlı açıqlama verən futbolçu qışqıraraq məşqçini söydüyünü bildirib. Həmin an isə məşqçi onun boğazını sıxıb: "Faktları deyirəm. “Erkiletspor” matçında hakimi söyərək qırmızı vərəqə aldım. Matçın sonunda məşqçimiz soyunub-geyinmə otağına gəlib zarafatla ayağıma vurdu. Başqa bir oyunda isə məni müzakirə edirdilər. Yenə də hirslənib öz-özümə söyüş söydüm. Məşqçimiz mənə "sus" dedi. Bu dəfə isə onu da təhqir etdim. O, yavaşca boğazımı sıxdı. Matçın sonunda məşqçimin əlindən öpüb barışdıq".
Hadisə anının görüntüləri isə müzakirələrə səbəb olub.