Müdiri onu danladı, 30 il depressiyadan əziyyət çəkdi

Müdiri onu danladı, 30 il depressiyadan əziyyət çəkdi

Bu gün, 15:49
-

A

+

Çindən olan 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldığı üçün 30 ildən çox depressiya və yuxusuzluqdan əziyyət çəkib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə onda parkinson xəstəliyinin inkişafına səbəb olub. 

O, səhhətinin pisləşməsini etmədiyi səhvə görə cəzalandırılması ilə əlaqələndirib.

Bildirilib ki, həmin şəxs dərmanları sınayıb və bir neçə xəstəxanaya baş çəkib, lakin onların uzunmüddətli təsiri olmayıb. 

Onun psixoloji vəziyyəti pisləşib və tezliklə ona parkinson xəstəliyi diaqnozu qoyuldu.

Akupunktura (iynəbatırma) terapiyasından sonra o səhhətində irəliləyiş hiss edib. 70 yaşlı kişi bildirib ki, dərmansız yatmağa və özünü daha yaxşı hiss etməyə başlayıb.

 Bu hal stressin sağlamlığa təsiri ilə bağlı ictimai müzakirələrə səbəb olub.



yuxarı