A
+Qəzza şəhərinin şərqində İsrail ordusundan qalan konservləri yedikdən sonra 15 uşaq və bir qadın zəhərlənib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Müdirliyi məlumat yayıb.
Açıqlamada fələstinlilərə tapdıqları hər hansı konserv, qida, xüsusilə də süd məhsulları yeməyin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib və İsrail ordusunun onları yeyənlərə zərər vermək üçün xarab qidaları qəsdən həmin ərazilərə yerləşdirə biləcəyi diqqətə çatdırılıb.
Zəhərlənənlərin vəziyyəti ilə bağlı məlumat verilməyib.