A
+İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldstein məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzasına məhkum edilə bilər.
Söz.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilib ki, Feldşteyn əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.
Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan əsgərini yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, “The Times of Israel”in daha əvvəl yaydığı xəbərə görə, Feldşteyn dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb. Qəzetin materialında bildirilib ki, o, bu sənədlərdən birini “Bild” nəşrinə verib.