Qadın həyat yoldaşını qoyub 50 qoyunla qaçdı

Qadın həyat yoldaşını qoyub 50 qoyunla qaçdı

Bu gün, 09:10
-

A

+

Yaxınları tərəfindən itkin düşdüyü bildirilən və hər yerdə axtarılan “Hanımağa” ləqəbli Gülsüm Çoban üzə çıxıb.

Söz.az “Haberler.com”-a istinadən xəbər verir ki, haqqında yazılanları qəzetdən oxuyan qadın qaçırılmadığını, öz istəyi ilə evini tərk etdiyini və gedən zaman özü ilə 50-yə yaxın qoyunu da apardığını deyib: 

"İtkin düşməmişəm. Heç kim məni qaçırmayıb. Yoldaşımla münasibətimiz qaydasında deyildi. Ona görə də heyvanları maşına yükləyib qaçdım. Yaxşıyam, heç kim narahat olmasın".

Jandarma qrupları sözügedən açıqlamadan axtarış işlərini dayandırıb.


yuxarı