A
+ABŞ-də keçirilən prezident seçkilərində uduzan ölkənin vitse-prezidenti Kamala Harrislə bağlı maraqlı məlumat yayılıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Harrisin seçkiləridən sonra istirahətə yollandığı bildirilib.
Məsələ ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Karin Jan-Pyer Kamala Harrisin Havay adalarına istirahətə getməsində heç bir qəbahət olmadığını deyib:
“Mən düşünmürəm ki, bunda pis bir şey var. Düşünürəm ki, o, ailəsi ilə birlikdə olmaq və dincəlmək üçün bir az vaxta layiqdir”.