Bu ölkədə bombalı hücum oldu! 5 əsgər öldü

Bu ölkədə bombalı hücum oldu! 5 əsgər öldü

Bu gün, 10:05
-

A

+

Kolumbiyada patrul xidmətində olan əsgərlərə bombalı hücum həyata keçirilib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Antioquia inzibati bölgəsindəki Anori şəhərinin ərazisində baş verib. 

Hücumda 5 əsgər həyatını itirib. Həmşinin 3 əsgər və 1 mülki şəxs yaralanıb.

Hücumun üsyançı təşkilat olan "Milli Azadlıq Ordusu"nun Dario Ramirez Kastro və Martinez cəbhələri tərəfindən həyata keçirildiyi bildirilib. 

Kolumbiya ordusu hücumu həyata keçirənlərə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.


yuxarı