A
+Pakistanda 3 sərnişin avtobusuna silahlı hücum olub.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hayber-Pahtunhva əyalətində baş verib.
Hücum zamanı 29 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Sərnişinlər ölkənin şərqindəki Pəncab əyalətindən Paraçinar bölgəsinə gedərkən hücuma məruz qalıblar.
Mənbələr ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu, yaralıların yaxınlıqdakı xəstəxanaya aparıldığını bildirib.
Pakistan prezidentAsif Əli Zərdari cinayəti törədənlərin tutulması üçün göstəriş verib.