Bu ölkə Trampı sevməyənlərə 1 dollara ev satır

Bu ölkə Trampı sevməyənlərə 1 dollara ev satır

Bu gün, 11:46
-

A

+

Donald Trampın yenidən prezident seçildiyi ABŞ-də onu istəməyənlər ölkəni tərk etməyə başlayıblar. 

Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Avropaya immiqrasiya ideyasının qəbul edildiyi bir vaxtda İtaliya vəziyyətdən istifadə etmək qərarına gəlib. 

Bununla bağlı kampaniyaya başladan ölkədə Sardiniya adasındakı bir şəhərdə evlər amerikalılara 1 dollara satışa çıxarılıb.

Ollolay qəsəbəsində əhalinin azalmasının qarşısını almaq üçün edilən bu təşəbbüs birbaşa amerikalıları hədəf alıb. Bu çərçivədə internet saytı yaradılıb.

Qəsəbə amerikalılara 3 fərqli yaşayış variantı təklif edir. Birincisi rəqəmsal köçərilər üçün pulsuz müvəqqəti yaşayış formasındadır. Təmirə ehtiyacı olan evlər 1 dollara satıldığı halda, yaşayış üçün hazır olan evlərin qiyməti 105 min dollara qədər dəyişir.

1 dollarlıq evlər üçün müraciətlər əslində hər kəs üçün açıqdır. Ancaq amerikalılar üçün prosedur daha sürətli işləyir. Artıq Ollolay şəhərindəki evlərlə bağlı məlumat üçün 38 mindən çox müraciət daxil olub. Onların əksəriyyəti amerikalılardır.

Hazırda qəsəbədə 4 amerikalı yaşayır. Həmin şəxslərin “Ollolaydan İş” proqramı çərçivəsində qəsəbəyə gələn rəqəmsal köçərilər olduğu bildirilir.


yuxarı