14 yaşlı qızın başına oyun açdı, 198 il həbs cəzası aldı

14 yaşlı qızın başına oyun açdı, 198 il həbs cəzası aldı

Bu gün, 15:37
-

A

+

ABŞ-də Xuan Montellano adlı şəxs iki azyaşlı qıza cinsi təcavüz etdiyi üçün 198 il həbs cəzasına məhkum edilib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas ştatının El Paso şəhərində baş verib. 

El Paso şəhərinin prokuroru Bill Hiks,  Montellanoya 14 yaşından kiçik bir uşağa davamlı cinsi zorakılıq etməkdə iki maddə üzrə hər biri 99 il olmaqla həbs cəzası verildiyini açıqlayıb. Montellano həmçinin uşaqlara qarşı dörd ayrı cinsi hərəkətə görə 20 il həbs cəzasına məhkum edilib.

Altı maddənin hamısına görə 10.000 dollar cərimələnib. 

Qurbanların kimliyini qorumaq üçün təfərrüatlar açıqlanmayıb. Yalnız onların Montellanonun yaxınlığınlarından biri olduğu bildirilib.

Prokuror Hiks bunun son iki ildə verilən ən ağır cəza olduğunu vurğulayaraq, uşaq istismarçılarına qarşı qətiyyətli mövqe nümayiş etdirildiyini bildirib.


yuxarı