A
+Rusiyalı müğənni Maşa Rasputina Rusiyanın əməkdar artisti adına layiq görülməməsi ilə bağlı açıqlama edib.
Söz.az MK-ya istinadən xəbər verir ki, ifaçı bir çox insanın onu həzm edə bilməməsi ilə əlaqələndirib.
“Əvvəllər mənə fəxri ad verilmədiyi üçün inciyirdim, amma sonra vecimə də olmadı”, - deyə ifaçı bildirib.
İfaçı 90-cı illərdə ona Rusiyanın Əməkdar artisti adını pul ilə almağı təklif etdiklərini deyib.
Rasputina isə xalqın sevgisinin daha vacib olduğunu qeyd edərək təklifə yox cavabı verib.