A
+İngiltərə kralı III. Çarlzın tacqoyma mərasimi 2023-cü ilin may ayında keçirilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki,sözügedən mərasimə xərclənən məbləğ isə 18 aydan sonra məlum olub.
20 milyon insanın televiziyadan izlədiyi mərasimə dünyanın hər yerindən önəmli adlar qatılıb. Növbəti gecə isə Vindzor qəsrində ulduzlarla dolu konsert təşkil olunub.
Həmin dövrün baş naziri Rişi Sunakın hökumətindəki DCMS adlı departamentin illik hesabatından əldə edilən məlumata görə, mərasimin dəyəri 72 milyon funt sterlinq olub.
Bu rəqəmlərin açıqlanması ölkədə böyük müzakirələrə yol açıb.
Ölkə Konstitusiyasında tacqoyma mərasimi keçirmək öhdəliyinin olmadığı halda 72 milyon funt sterlinqin xərclənməsini israfçılıq adlandırıblar.