A
+Almaniyanın xarici işlər naziri Annalena Berbok və onun həyat yoldaşı Daniel Holeflyayş 17 illik evlilikdən sonra boşanmaq qərarına gəliblər,
Söz.az xəbər verir ki, bu barədə "Bild" qəzeti onların birgə bəyanatına istinadən məlumat yayıb.
"Mümkün fərziyyələrdən qaçmaq üçün: bizim heç kimlə yeni münasibətimiz yoxdur. Bizim üçün ən vacib şey iki qızımızın sülh və sevgi içində böyüməsini təmin etməkdir", - deyə Berbok və Holeflyayş bildiriblər.
Siyasətçi və əri Potsdamda ümumi evdə yaşamağa davam edəcəklərini qeyd ediblər. Onlar boşanma səbəblərini açıqlamayıb, şəxsi həyatlarına hörmət edilməsini istəyiblər.
Xatırladaq ki, Berbok və Holeflyayş təxminən 20 il əvvəl tanış olublar və 2007-ci ildə evlənmək qərarına gəliblər. Onların 9 və 13 yaşlı iki qızı var.