A
+Ukraynanın ballistik raket proqramı üzərində işləmək üçün maliyyə çatışmazlığı var.
Söz.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Strateji sənayelər nazirinin müavini Anna Qvozdyar deyib ki, Ukrayna birdən çox ballistik raket üzərində işləyir, lakin proqramın təfərrüatlarını gizli saxlayır.
Ukrayna prezidentinin müşaviri Aleksandr Kamışin isə qeyd edib ki, maliyyə çatışmazlığını nəzərə alaraq, raket proqramının həyata keçirilməsində problemlər yarana bilər.