A
+Estetik cərrah, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında paylaşım edib.
təvəllüdlü Səbirə Vəliyeva cərrahi əməliyyatdan sonra ölüb.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.