Bəy və gəlinin başına iş gəldi - Toydan sonra 11 saat... - FOTO

Bəy və gəlinin başına iş gəldi - Toydan sonra 11 saat... - FOTO

Dünən, 08:20
-

A

+

Türkiyədə qar və çovğun səbəbindən bağlı yolda qalan gəlin və bəy 11 saat sonra xilas edilib.

Söz.az “Haberler.com”-a istinadən xəbər verir ki, Kahramanmaraşın Göksun rayonunda yaşanıb. 

Şanlıurfanın Suruç rayonundan Kırıkkaleyə gedən gəlin və bəyin ailəsi ilə birlikdə olduğu avtomobil Kahramanmaraş-Kayseri yolunun güclü qar yağması səbəbindən bağlanan Göksun-Sarız hissəsində yolda qalıb.

Təxminən 11 saat qaldıqları yoldan Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən xilas edilən gəlin, bəy və ailəsi Göksun Bələdiyyəsi Mədəniyyət Mərkəzinə yerləşdirilib.

Yeni evlənən cütlük Bələdiyyə Başçısı  Selim Cüceye və səlahiyyətlilərə təşəkkür edərək, qar və çovğun səbəbiylə çətin gün keçirdiklərini bildiriblər.


yuxarı