Tramp 15 min transgenderi ABŞ ordusundan qovur

Tramp 15 min transgenderi ABŞ ordusundan qovur

Bu gün, 08:54
-

A

+

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp bütün transseksual hərbi qulluqçuların xidmətdən kənarlaşdırılacağına dair fərman verməyi planlaşdırır.

Söz.az xəbər verir ki, bu barədə “The Times”-a məlumat yayıb. 

“Bu insanlar ordunun kifayət qədər adam toplaya bilmədiyi bir vaxtda oranı tərk etmək məcburiyyətində qalacaqlar”, - deyə nəşr yazıb.

Qəzetin yazdığına görə, işdən çıxarılan transseksualların bəziləri yüksək vəzifələrdə çalışırlar.

Hazırda aktiv hərbçilər arasında 15 minə yaxın transgenderin olduğu dəqiqləşdirilib. 

Nəşr əlavə edib ki, Tramp onları tibbi səbəblərə görə xidmətə yararsız kimi işdən çıxarmaq istəyir.



yuxarı