Dəhşətli təyyarə qəzası ilə bağlı AÇIQLAMA EDİLDİ

Dəhşətli təyyarə qəzası ilə bağlı AÇIQLAMA EDİLDİ

Bu gün, 12:04
-

A

+

Leypsiqdən Vilnüsə uçan "DHL" şirkətinə məxsus "Boeing 737-400" təyyarəsi bu gün səhər saatlarında Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb.

Söz.az RBC-ya istinadən xəbər verir ki, ekipaj üzvlərindən biri ölüb. 

Səlahiyyətlilər qəzanın ilkin səbəbini açıqlayıblar. Məlumata görə, təyyarədə texniki nasazlıq olub. 

"Hazırda qəzanın əsas səbəbi kimi texniki məsələləri nəzərdən keçirir, lakin “daha dəqiq nəsə demək tezdir, çünki hadisədən cəmi iki saat keçib”, - deyə bildirilib.

Eyni zamanda Litva yanğınsöndürmə xidmətinin təyyarənin yaşayış binasının üzərinə düşməsi ilə bağlı ilkin məlumatına aydınlıq gətirilib. Bildirilib ki, təyyarə binanın yaxınlığında qəzaya uğrayıb. Hadisədən sonra yanğın başlayıb və 12 sakin evdən təxliyə edilib.

“Burada xoşbəxt bir təsadüf nəticəsində itkilərin qarşısını ala bildik. Xəsarət alan heyətə gəlincə, bir ekipaj üzvü həyat əlaməti olmadan tapılıb, ikisi xilas edilib, onlar xəstəxanaya çatdırılıb", - deyə rəsmilər bildiriblər. 


yuxarı