Ana "Instagram"da tanış olduğu kişiyə görə 5 yaşlı qızını öldürdü

Ana "Instagram"da tanış olduğu kişiyə görə 5 yaşlı qızını öldürdü

Bu gün, 12:20
-

A

+

Hindistanda dəhşətli hadisə baş verib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, ana “Instagram”da tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını boğaraq öldürüb.

Polis kiçik qızın xəstəxanaya ölü olaraq gətirildiyi barədə məlumat alıb. 

İlk müayinədə uşağın boynunda boğulma izləri aşkarlanıb.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb və uşağın yaxınları, xüsusilə də anası dindirilib. 

Uzun sorğu-sualdan sonra ana törətdiyi cinayəti etiraf edib və qızını boğduğunu bildirib.

Ana dindirmə zamanı ifadəsində birinci ərinin onu tərk etdiyini, daha sonra sosial şəbəkədə Rahul adlı şəxslə tanış olduğunu deyib. Qadın Rahulla evlənmək məqsədi ilə Dehliyə köçüb.

Lakin Rahul və ailəsi qadının uşağını qəbul etməyib və buna görə də evliliyi rədd ediblər. Bundan sonra isə ana çarəsiz qalıb və uşağını öldürüb.

Qadın həmçinin polisə Dehliyə gəlməmişdən əvvəl Himaçal-Pradeşdə qohumu ilə yaşadığını və bu müddətdə uşağının cinsi istismara məruz qaldığını bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmanın davam etdiyi bildirib. 

yuxarı