İsrail liderləri üçün ölüm hökmü tələb etdi

İsrail liderləri üçün ölüm hökmü tələb etdi

Bu gün, 15:07
-

A

+

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail liderlərinə ölüm hökmü verilməsini istəyib. 

Söz.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

"İsrail liderlərinə həbs qərarı yox, ölüm hökmü verilməlidir", - deyə Xamenei bildirib. 

Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib. 

Hökumət rəsmiləri 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunublar.



yuxarı