A
+Birləşmiş Millətlər Təşkilatı (BMT) qadın qətli ilə bağlı qlobal qiymətləndirmələri özündə əks etdirən yeni hesabatını dərc edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda hər gün dünyada təxminən 140 qadın və qızın həyat yoldaşları yaxud da ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.
BMT-nin hesabatına görə, 2023-cü ildə 85 min qadın və qız qəsdən kişilər tərəfindən öldürülüb. Bu qətllərin 60 faizi qurbanın yaxınları tərəfindən törədilib.
“Məlumatlar bizə göstərir ki, qadınlar ən təhlükəsiz satılan yerdə, ailədə ölümcül zorakılığa məruz qalırlar”, - deyə BMT-nin Qadınlar üzrə Baş Müavini Nyaradzayi Qumbonzvanda deyib.
Hesabatdakı rəqəmləri aysberqin görünən tərəfi kimi xarakterizə edən Qumbonzvanda, bütün qadın ölümlərinin qeydə alınmadığını vurğulayıb: “Biz bilirik ki, bütün qadın ölümləri qeydə alınmır və bütün ölüm səbəbləri qadın cinayəti olaraq qeyd edilmir. Həmçinin heç bir məlumat əldə edə bilmədiyimiz bir çox icmalar var”.