A
+Kanadada poçtalyonların tətili səbəbindən təxminən 10 milyon bağlama alıcılara çatmayıb.
Söz.az “CityNews” telekanalına istinadən xəbər verir ki, tətil artıq 11-ci gündür ki, davam edir.
Nəşr vurğulayıb ki, tətil davam etdikcə bu rəqəm daha da artacaq.
Poçtalyonların demarşından zərər çəkən insanlar bağlamalarını almaq üçün yollar axtarmağa davam edirlər. Ölkə boyu tətillərdən ən çox kiçik bizneslər zərər çəkib.
Poçt işçilərinə dörd il ərzində əmək haqqının 11,5 faiz artırılması və əlavə ödənişli məzuniyyət təklif edilsə də, bu şərtlər onlara uyğun gəlməyib.
Kanada Poçt İşçiləri İttifaqı eyni dövr ərzində müavinətlərin 24 faiz artırılmasını tələb edib.
Həmkarlar ittifaqı həmçinin tam ştatlı işçilərin həftə sonları paketləri çatdırmasını tələb edib. Şirkət isə daha çox yarım iş günü işləyə biləcək şəxsləri işə götürülməsini irəli sürüb.