Qurani-Kərimi yandıran şəxs "dövlətə xəyanət"ə görə həbs edildi

Qurani-Kərimi yandıran şəxs "dövlətə xəyanət"ə görə həbs edildi

Bu gün, 12:58
-

A

+

Rusiya məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juravlyovu "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Juravlyovun Rusiya ordusunun Ukraynadakı əməliyyatlarına qarşı çıxdığı, Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Qurani-Kərimi yandırdığı və bununla da Rusiyanın təhlükəsizliyini təhdid etdiyi bildirilib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. 

Qeyd edək ki, Nikita Juravlyob 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilib.

Çeçenistan məhkəməsi fevralın 27-də onu “mənəvi dəyərləri təhqir etmək və ictimai nizamı pozmaq” ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib.



yuxarı