A
+Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də, yeni dövlət başçısının andiçmə mərasiminin isə dekabrın 29-da keçirilə bilər.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, belə təkliflə parlamentin spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında çıxış edib.
"Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, həm də qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq", - deyə Papuaşvili bildirib.