Bu ölkədə toqquşmalar başladı - ÖLƏNLƏR VAR

Bu ölkədə toqquşmalar başladı - ÖLƏNLƏR VAR

Bu gün, 14:37
-

A

+

Əllərində dəyənək və sapand olan Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları bu gün səhər İslamabadın qərbində, ələ keçirmək niyyətində olduqları hökumət binasının yerləşdiyi ərazidən bir qədər aralıda polislə toqquşub.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın daxili işlər naziri Muhsin Naqvi "Reyncerlər" adlı hərbiləşdirilmiş təhlükəsizlik bölməsinin 6 üzvünün hökumət ərazisinə aparan şəhər magistralındakı İmran Xan tərəfdarları ilə toqquşmalarda ölüb. 

Pakistanın baş naziri Şehbaz Şərif bildirib ki,  mühafizə əməkdaşları maşınla vurulub: “Bu dağıdıcı ünsürlər inqilab istəmir, qan tökülməsini istəyirlər. Bu, dinc etiraz deyil, ekstremizmdi”. 

Pakistan hökuməti 9 polis əməkdaşının ağır yaralandığını açıqlayıb.

Toqquşmaya girən şəxslərin əsas tələbi 2018-2022-ci illərdə baş nazir vəzifəsində çalışmış Xanın azadlığa buraxılmasıdır. 



yuxarı