A
+Noyabrın 1-də Serbiyada qatar stansiyasında damın uçması nəticəsində 15 nəfərin ölməsi ilə bağlı gərginlik davam edir.
Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Serbiya parlamentində müxalifət deputatlar hadisə ilə bağlı etiraz ediblər.
Siyasətçilər iclası “Əllərinizdə qan var” yazıları ilə dayandırıblar.
Səhiyyə naziri ilə əleyhdarlar arasında şifahi mübahisə davaya çevrilib.
Qeyd edək ki, noyabrın 1-də baş verən hadisə ilə bağlı keçmiş nazir də daxil olmaqla 12 nəfər saxlanılıb. Müxalifət hadisəyə görə hakim partiyanın məsuliyyət daşıdığını deyib.