A
+Misirin Marsa Alam kurort şəhəri sahillərində turist yaxtasının qəzaya uğraması nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.
Söz.az xəbər verir ki, bu barədə “Al Masry Al Youm” qəzeti məlumat yayıb.
Əyalət qubernatoru, general-mayor Əmr Hənəfi 13 nəfərin hələ də itkin düşdüyünü bildirib.
Xatırladaq ki, “Sea Story” turist gəmisi noyabrın 25-də Misirin kurort şəhərinin sahillərində batıb.
Yaxtada 31 turist və 13 ekipaj üzvü olmaqla 44 nəfər olub. Onlar dalış üçün səyahətə çıxıblar.