A
+Çində məhkəmə rüşvət işi üzrə Çin Bankının keçmiş sədri Liu Lianqı ölüm cəzasına məhkum edib.
Söz.az “Reuters”ə istinadən xəbər verir ki, cəza müddəti iki il təxirə salınıb.
Əgər bu müddət ərzində Liu yeni cinayətlər törətməzsə, onun edamı ömürlük həbslə əvəzlənəcək.
Məhkəmə bildirib ki, Liu vəzifəsindən istifadə edərək bir çox insan üçün vəzifə yüksəlişini təmin edib.
Məhkəmə həmçinin belə nəticəyə gəlib ki, alınan rüşvət məbləği “xüsusilə böyük” – 121 milyon yuandan (təxminən 17 milyon dollar) çox olub.
Reuters-in məlumatına görə, məhkəmə həmçinin Liunun 3,32 milyard yuandan çox krediti təsdiq edərək qanunları pozduğunu və nəticədə 190 milyon yuandan çox itki ilə nəticələndiyini müəyyən edib.
O, cinayəti "vicdanla etiraf etdiyi" və dəymiş ziyanın böyük hissəsi ödənildiyi üçün ölüm hökmü dərhal icra olunmayacaq.