A
+İsrailin maliyyə naziri Bezalel Smotriç Livanla hər hansı atəşkəsi rədd edib və təəccüblü açıqlama verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Livanda atəşkəsin mümkünlüyünü şərh edən Smotriç, heç bir razılaşmanın olmadığını bildirib.
"Heç bir razılaşma yoxdur. İmzalansa belə, kağızdan daha böyük bir dəyəri olmayacaq", -deyə nazir vurğulayıb.
Smotriç partiyasının iclaslarında Qəzzanın işğalına və 2 milyon 300 min əhalisi olan Qəzzada Fələstin əhalisinin iki il ərzində yarıya qədər azaldılmasına çağırış edib.