A
+Xərçəng xəstəliyindən əziyyət çəkən Rusiyanın xalq artisti Aleksandr Buynovun son vəziyyəti açıqlanıb.
Söz.az TASS-a istinadən xəbər verir ki, səhhəti ilə bağlı açıqlama verən sənətçi vəziyyətinin pisləşməsi ilə bağlı yayılan məlumatları təsdiqləməyib.
Buynov xərçəng xəstəliyinin sonuncu mərhələsində olması ilə bağlı xəbərlərə “bunu görməyəcəksiniz” deyə cavab verib.
Müğənni hazırda hər şeyin qaydasında olduğunu da qeyd edib.
Qeyd edək ki, sənətçiyə prostat xərçəngi diaqnozu ilk dəfə 2000-ci illərdə aşkar edilib. Buynov 2011-ci ildə remissiyada olduğunu bildirib. Həkimlər musiqiçinin üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.