A
+Dünyada milyarderlərin sayı 4 faiz artaraq 3323 nəfər olub.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, bu il milyarderlərin sayı pik həddə çatıb.
Araşdırmalara görə, Nyu-York 144 milyarder ilə siyahıya başçılıq edib.
Honq-Konq 107 milyarderlə ikinci, San-Fransisko isə 87 milyarderlə üçüncü olub.
İqtisadiyyatın yumşaq eniş edəcəyinə dair artan optimizm fonunda milyarderlər sinfinin ümumi sərvəti 9 faiz artaraq rekord həddə - 12,1 trilyon dollara çatıb.