A
+Ötən həftə İstanbulun Bayrampaşa rayonunda vəfat edən gənc müğənni Duyğu Kirazın ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı apardığı araşdırma zamanı Duyğu Kirazın sosial şəbəkədə tanış olduğu polis məmurunun evinə gedərək orada narkotik vasitədən istifadə edib. Gecəni tanış olduğu polislə birgə keçirən ifaçıda səhər saatlarında epileptik tutma baş verib.
Gənc polis D.Kirazın nəfəs ala bilmədiyi görüb və təcili yardıma məlumat verib.
Duyğu Kirazın ölümündən sonra hadisə yerinə gələn polis qrupları araşdırma aparıblar. Evdə olan 3 polisin ifadəsini alıblar.