A
+ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı rəhbəri Co Bayden hakimiyyətin ötürülməsinə dair memorandum imzalayıblar.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin gələcək aparat rəhbəri Syuzan Uayls məlumat verib.
"Bu qarşılıqlı əlaqə kritik hazırlıqlara başlamağa və hakimiyyətin nizamlı şəkildə keçidini başa çatdırmağa imkan verir", - deyə Uayls bildirib.