A
+Böyük Britaniyada ana qızını üç ilə yaxın siyirmədə gizlədib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, qandonduran hadisə uşağın ananın sevgilisi tərəfindən tapılması ilə üzə çıxıb. Çeşirdəki evdə tapılan uşağın saçları keçəlləşib və bədənində səpgilər yaranıb.
Ana körpəni öz qardaşlarından və evdə qalan sevgilisindən də gizlədib.
Onun sevgilisi isə uşağı təsadüfən tapıb. O, tualetə getmək üçün evə qayıdanda səs eşidib, otaqlardan birinə baxıb və körpəni görüb.
Səhiyyə rəsmiləri uşağın son dərəcə pis şəraitdə saxlandığını və doğuşdan bəri xarici aləmdən tamamilə təcrid olunduğunu açıqlayıb.
Sosial işçi məhkəməyə verdiyi ifadəsində, "Ana körpəni siyirmədə saxladığını çox normal bir şəkildə söylədi. Heç bir emosiya göstərmədiyi və vəziyyətə əhəmiyyət vermədiyi üçün şok oldum. Yəqin ki, mən anasından başqa gördüyü tək insanam”.
Ana 7,5 il müddətinə azadlıqdan məhrum edilib və məcburi psixoloji müalicə alacaq.
Uşaq dövlət mühafizəsinə götürülüb və müalicə prosesinə başlanılıb.