A
+45 yaşlı rusiyalı turistin meyiti Hindistanda dağda yerləşən Qanqanani kəndindəki isti bulaqdan tapılıb.
Söz.az xəbər verir ki, bu barədə Hindistanın “The Hindu” qəzeti məlumat yayıb.
Məlumata görə, o, Qanqanani kəndindəki isti bulaqlara tək gedib və geri qayıtmayıb.
Ertəsi gün səhər saatlarında yerli sakinlər rus qadınının cəsədini aşkar ediblər. Müayinə zamanı qadının infarktdan öldüyü məlum olub.
Bildirilib ki, isti bulaqlarda 15-20 dəqiqədən çox qalmaq qadağandır.
Ehtimala görə, bu qaydanın pozulması turistin ölümünə səbəb olub.
Cəsədin Rusiyaya göndərilməsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.