A
+İspaniyalı deputat Xorxe Pueyo Fələstinə dəstək məqsədilə noyabrın 29-na qədər aclıq aksiyası keçirəcəyini açıqlayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu parlament binasında keçirilən mətbuat konfransında bildirib.
Deputat bu addımı Araqon Fələstin Evi və Qüds Dərnəyinin başlatdığı aclıq aksiyasını dəstəkləmək üçün atdığını vurğulayıb:
“Həyatda və siyasətdə elə vaxtlar olur ki, söz kifayət etmir və nümunə göstərmək vacibdir”.