Trampı ölümlə hədələdi, həbs edildi

Trampı ölümlə hədələdi, həbs edildi

Bu gün, 14:27
-

A

+

Manuel Tamayo-Torres ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı ölümlə hədələdiyi üçün saxlanılıb. 

Bu barədə “ABC News” ittiham aktına istinadən məlumat yayıb.

"Federal səlahiyyətlilər, seçilmiş prezident Donald Trampı və ailəsini öldürməklə hədələyən videoları internetdə yerləşdirdiyi üçün Arizona ştatında bir şəxsi saxlayıblar", - sənəddə qeyd edilib. 

O, sosial şəbəkə hesablarında Respublikaçılara qarşı çoxsaylı qeyri-müəyyən və birbaşa təhdidlər dərc edib. 

Kanal qeyd edib ki, həmin şəxs “Facebook”-da yayımlanan videolarda Tramp haqqında qəribə və gülünc iddialar irəli sürüb, onu “AR-15” tipli tüfəng və digər silahlarla təhdid edib.

Tamayo-Torres, demək olar ki, hər gün oxşar videolar yayımlayaraq, seçilmiş prezidentin öz uşaqlarını qaçıraraq cinsi köləliyə satdığını iddia edib. 

Həmin şəxs prezident və ya onun varisini hədələməkdə ittiham olunub. 

Tamayo-Torres həm də odlu silah alarkən sənədləşmə ilə bağlı yalan məlumat verdiyi iddiasına görə məsuliyyətə cəlb oluna bilər. 

yuxarı