A
+Filippin hüquq-mühafizə orqanları ölkənin vitse-prezidenti Sara Duterteyə qarşı cinayət işi açıb.
Söz.az xəbər verir ki, bu barədə "Philstar" məlumat yayıb.
Bildirilib ki, polis hakimiyyət nümayəndələrinə qarşı zorakılıq, itaətsizlik və kobud mərcuretmə maddəsi ilə cinayət işini prokurorluğa təqdim edib.
Məlumata görə, vitse-prezidentin şəxsi mühafizəçilərinə qarşı da cinayət işi açılıb.
Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb respublika parlamentinin aşağı palatasında polis əməkdaşlarının vitse-prezident aparatının rəhbəri Zuleyka Lopezi saxlanaları olub.
Vitse-prezidentin özü və təhlükəsizlik işçisi həmin məsələyə müdaxilə etməyə çalışıb. Lopez məxfi və kəşfiyyat fondlarından sui-istifadə iddiası ilə Konqresin araşdırmasına mane olmaqda ittiham edilib.