Baş verməyən cinayətə görə 13 il cəza çəkdi, indi isə...

Baş verməyən cinayətə görə 13 il cəza çəkdi, indi isə...

Bu gün, 16:47
-

A

+

Manfred Genditski adlı şəxs heç vaxt baş verməmiş bir cinayətə görə 13 il cəza çəkib.

Söz.az “Spiegel” jurnalına istinadən xəbər verir ki, o, Bavariya hakimiyyətindən 750 min avro təzminat tələb edib.

Yerli prokurorluğun məlumatına görə, Genditski bundan öncə həbsdə keçirdiyi hər gün üçün 75 avro, ümumilikdə isə 368 min avro məbləğində təzminat alıb.

Eyni zamanda, nəşr qeyd edib ki, Genditski alınan məbləğin ona dəymiş bütün zərəri ödəmədiyinivə o, əlavə təzminat tələb edəcəyini deyib.

Qeyd edək ki, 2010-cu ildə Münhen rayon məhkəməsi bir qadını öldürməkdə təqsirli bilinən almaniyalıya ömürlük həbs cəzası verib. 

O, yaşlı qadının öldüyü evin idarəçisi olub. Hakimlər onu ev sakini ilə mübahisə zamanı vurmaqda, sonra isə hamamda boğmaqda təqsirli bilib. Lakin sonradan ekspertlər onun bədbəxt hadisə nəticəsində öldüyünü sübut ediblər.

2023-cü ilin iyulunda həmin şəxs günahsız hesab edilərək sərbəst buraxıldı.



yuxarı