A
+Türkiyədə bank sektoru saxta 50 və 100 dollarlıq əskinaslarla bağlı hərəkətə keçib.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, bir müddətdir filiallara saxta dollar xəbərdarlığı edən, lakin alqı-satqı qərarını filialın təşəbbüsünə buraxan bəzi banklar ötən gün yeni qərar verərək, 50 dollar və köhnə çap olunmuş 100 dolların alışının müvəqqəti dayandırıldığını bildiriblər.
Bank mənbələrindən əldə etdiyimiz məlumata görə, baş ofislərdən filiallara göndərilən məktubda “Bank və müştərilər üçün riskləri minimuma endirmək məqsədilə 50 dollarlıq və köhnə çap olunmuş 100 dollarlıq əskinasların alınması pul hesablama maşınlarında yeniləmələr tamamlanana qədər müvəqqəti olaraq dayandırıldı", - deyə qeyd olunub.
Həmçinin pul sayan maşınlardan saxta pulların keçə biləcəyi vurğulanıb və əlavə məlumatın aparatlarda lazımi yeniləmələr edildikdən sonra veriləcəyi vurğulanıb.