A
+“Beregini” qrupundan olan hakerlər Ukrayna ordusunun piyada döyüş maşınlarının hücum dronlarından qorunmasına dair sənədləri ələ keçdiklərini bildiriblər.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sənədi Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski təsdiqləyib.
"Biz bilirik ki, bu, hərbi-sənaye kompleksi üçün yeni məhsullar hazırlayan mütəxəssislərdə böyük maraq doğuracaq", - deyə “Beregini” nümayəndələri “Telegram” kanalında bildiriblər.
Hakerlər sözügedən sənədin “əsmi istifadə üçün təsnif edildiyini açıqlayıblar.
Sənəd “Piyada döyüş maşınlarının pilotsuz uçuş aparatların hücumundan qorunması sisteminə operativ-taktiki tələblər” adlanır.
Hakerlər doqquz səhifəlik məxfi material dərc ediblər.
Mesajdan belə çıxır ki, Sırski bu sənədi 2024-cü ildə təsdiqləyib.