A
+Qadınların xəbərsiz çəkilən və sosial mediada milyonlarla baxış sayına çatan videoları ilə bağlı bir nəfər həbs edilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Ölkənin Mançester, London, Liverpul və Lids kimi şəhərlərində yayılan bu qalmaqallı videolar ödənişli abunə sistemi vasitəsilə paylaşılıb.
Bu, İngiltərə daxilində gecə həyatında qadınların xəbər edilmədən çəkilmiş viral videoları ilə əlaqəli ilk hadisə olduğu bildirilib.
Məlumata görə, sözügedən kadrlar ödənişli platformada 13 funt sterlinq qarşılığında atışa qoyulub.